Arran

1886-cı ildə alman kartoqrafı Qustav Droysenin tarix atlasında buraxılan "Xilafət dövləti 945-ci ilədək" xəritəsi. Xəritənin yuxarı küncündə Arran bölgəsinin adı qeyd olunub.

Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız KürAraz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzüMuğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə.

Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir.

Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə MingəçevirŞirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, YevlaxZərdab rayonları daxil idi.

7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayonları daxildir.[1] Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan AğcabədiBərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, SaatlıSabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı.

  1. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-18.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search